Davudoğlu vә rusiyalı hәmkarı ortaq mәtbuat toplantısı keçirib

Davudoğlu Ukrayna vә Suriya böhranlarının hәllindә fikir ayrılığının iki ölkәnin birlikdә çalışmasına mane olmadığını deyib.

75068
Davudoğlu vә rusiyalı hәmkarı ortaq mәtbuat toplantısı keçirib

Xarici İşlәr naziri Əhmәd Davudoğlu Rusiyaya səfəri çərçivəsində Moskvada keçirilən Ortaq Strateji Planlama Qrupunun 4-cü toplantısında iştirak edib.
Toplantıdan sonra Davudoğlu vә rusiyalı hәmkarı Sergey Lavrov ortaq mәtbuat toplantısı keçirib.
Davudoğlu Ukrayna vә Suriya böhranlarının hәllindә fikir ayrılığının iki ölkәnin birlikdә çalışmasına mane olmadığını deyib.
Əhmәd Davudoğlu Türkiyәnin Rusiyanın Orta Şәrq vә Avrasiya bölgәsindә önәmli bir ölkә kimi daimi sabitliyin yaranmasına güçlü dayaq tәmin edә bilәcәyinә inandığını vә bu çәrçivәdә münasibәtlәrini davam etdirdiyini bildirib.
Nazir onu da deyib ki, soyuq müharibə günlәrinә qayıdılmamalıdır. Soyuq müharibə fikri indiyәdәk yaradılan tәhlükәsizliklә bağlı mexanizmi pozar, hәm dә yeni böhranların yanranmasına sәbәb olar.
Krım tatarlarının vәziyyәtinә dә toxunan Davudoğlu, Krım yarımadasındakı sülh şәraitinin çox önәmli olduğunu qeyd edib.
“Krım Tatarları o torpaqların әsas ünsürüdür, onların ordakı dincliyi son dәrәcә önәmlidir”-deyә nazir vurğulayıb.
Sergey Lavrov da öz növbәsindә deyib ki, Rusiya-Türkiyə münasibətləri bütün dünya ölkələrinə nümunədir. Biz Ukraynanı vә Suriyanı sözlәrlә yox, peşəkar qarşılıqlı anlayış çәrçivәsindә dәyәrlәndirә bilәrik. Trükiyә-Rusiya münasibәtlәrinin xüsusiyyәti dә elә budur.
Rusiyanın Krım tatarları məsələsində konkret addımlar ataraq bir sıra tәdbirlәr gördüyünü bildirәn Lavrov, Krım Tatar Mәclisi vә diğәr qurumlarla dialoqu davam etdirәcәklәrini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr