"Mavi mәrmәrә"yә yeni vәkil

Slobadan Miloşeviçi mühakimə edən məhkəmənin prokuroru Mavi Mərmərə gəmisində baş verən hadisələr zamanı zərər çəkənlərin vəkili təyin olunub.

70827
"Mavi mәrmәrә"yә yeni vәkil

Keçmiş Yuqoslaviya prezidenti Slobadan Miloşeviçi mühakimə edən məhkəmənin prokuroru Mavi Mərmərə gəmisində baş verən hadisələr zamanı zərər çəkənlərin vəkili təyin olunub. Ingiltərəli vəkil Qofrey Nays Suriyada baş verən işgəncələrlə bağlı hesabatın hazırlanmasında da iştirak edib.

Londonda Naysın rəhbərlik edəcəyi yeni hüquqşünaslar komandasının yaradılması ilə bağlı mətbuat konfransı keçirilib. Nays 4 il əvvəl İsrail əsgərləri tərəfindən hücuma məruz qalan humanitar yardım gəmisi Mavi Mərmərədə ölüm, yaralanma və şiddətə məruz qalma hadisələri ilə bağlı araşdırma prosesinin tez bir zamanda başlamasını istədiklərini bildirib. Onun sözlərinə görə, bu hücum müharibə və ya insanlıq cinayəti kimi qəbul olunmalı və bunu törədənlər qanun qarşısında cavab verməlidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr