Hökumәtdәn yeni mәdәn qanunu müjdәsi

Hökumәt Soma faciәsindә şәhid olan ailәlәrin yaralarını sarımağa sәy göstәrir.

70819
Hökumәtdәn yeni mәdәn qanunu müjdәsi

Hökumət Manisanın Soma qәsibәsindә baş verәn mədən faciəsinin yaralarını sarımaq üçün tәdbirlәr görür. Somadaki mədən faciəsindәn sonra ötәn gün baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilә Nazirlər Kabinetinin ilk iclası keçirilib. Toplantıda faciədәn sonra hәyata keçirilәcәk qanuni tənzimləmələr müzakirә edilib. Baş nazirin müavini Bülent Arınç iclasdan sonra verdiyi açıqlamada faciә nәticәsindә hәyatını itirәn mәdәnçilәrin ailәlәrinin ağrılarını yüngülləşdirəcək qanun tənzimlənməsinin yaxında açıqlanacağını bildirib. Mədənlərdəki iş şərtlərində dəyişikliklәr edilәcәk. Bülәnt Arıncın sözlәrinә görә, baş nazir Rəcəb Tayyib Ərdoğan sektorla əlaqədar bütün tədbirləri əhatә edәcәk bir mədən qanunun hazırlanması barədə təlimat verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr