Xarici işlәr nazirliyi Liviyadakı tәrәflәrә çağırış edib

Türkiyә, Liviyadakı hadisәlәrin genişlənməsindən narahatlıq duyur.

70312
Xarici işlәr nazirliyi Liviyadakı tәrәflәrә çağırış edib

Liviyanın Benqazi şәhәrindә başlayan və Tripoliyә yayılan zorakılıq hadisәlәrindәn təəssüfləndiyini bildirәn Türkiyә hadisәlәrin genişlənməsindən də narahatlıq duyur.
Xarici İşlәr Nazirliyi açıqlamasında Benpazi vә Tripolidәki zorakılıq hadisәlәrinә toxunaraq tәrәflәri mәntiqli vә tәmkinli olmağa çağırıb.
Açıqlamada bildirilib ki, Türkiyә dost vә qardaş Liviyada böyük fәdakarlıqlar nәticәsindә hәyata keçirilәn inqilabın müsbәt nәticәlәrinin qorunaraq, keçid prosesinin milli dialoq vә razılıqla tamamlanmasını arzulayır.
“Liviyada problemlәrin dialoq vasitәsilә demokratik metodlardan istifadә edәrәk hәllini tapması, daimi sabitlik vә tәhlükәsizliyin yaranması vacibdir”-deyә açıqlamada ifadә edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr