Baş nazirin Albaniyaya sәfәri tәxirә salınıb

Baş nazir Rәcәb Tayyib Әrdoğan, Manisa vilayәtinin Soma qәsәbindә yaşanan faciә sәbәbindәn Albaniyaya nәzәrә alınan sәfәrini tәxirә salıb.

67398
Baş nazirin Albaniyaya sәfәri tәxirә salınıb

Baş nazir Rәcәb Tayyib Әrdoğan, Manisa vilayәtinin Soma qәsәbindә yaşanan faciә sәbәbindәn Albaniyaya nәzәrә alınan sәfәrini tәxirә salıb.

Baş nazirlikdәn verilәn açıqlamada bildirilib ki, Baş nazir Әrdoğan, Albaniya Baş naziri Edi Rama ilә telefonla danışaraq, iki ölkә arasında Strateji Ortaqlıq vә Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurasının qurulmasına dair Ortaq Açıqlama mәtnini imzalamaq mәqsәdilә bu günә nәzәrә alınan sәfәrin Somada yaşanan faciә sәbәbindәn başqa bir tarixә tәxirә salınmasının daha uyğun olacağını ifadә etmişdir.

Albaniya Baş naziri Rama da, Somadakı faciәdәn dәrin kәdәr duyduqlarını bildirәrәk, Albaniya xalqı adından faciәdә hәyatını itirәnlәrin ailәlәrinә baş sağlığı, yaralananlara isә tәcili şәfalar dilәyib.

Digәr tәrәfdәn Baş nazirlikdәn әldә edilәn mәlumata әsasәn Әrdoğan bu gün Soma qәsәbәsinә gedәcәk.

Ana müxalifәt lideri Kamal Kılıçdaroğlunun da bu gün bölgәyә gedәcәyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr