Avropa Şurası Nazirlər Komitəsinin sesiyyası başa çatıb

63789

Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sesiyyası başa çatıb.

Ukraynadakı vəziyyətin müzakirə edildiyi toplantıda Türkiyəni Xarici İşlər naziri Əhməd Davudoğlu təmsil edib.

47 ölkənin xarici işlər nazirlərinin qatıldığı toplantının əsas müzakirə mövzusu mayın 25-də Ukraynada keçiriləcək prezident seçkiləri olub.

İngiltərə və Ukraynalı nazirlər seçkinin planlaşdırılan tarixdə, ədalətli və azad şəkildə keçirilməsinin vacibliyini dilə gətirib. Rusiya Xarici İşlər naziri isə seçkinin Konstitusiyaya ediləcək dəyişikliklərdən əvvəl keçirilməsinin səhv addım olacağını deyib.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu isə Ukraynanın hər hansı bölgəsinə yeni bir Berlin divarı hörülməsini istəmədiklərini, sərhədləri gələcəkdə xalqların birlikdə yaratmasının vacibliyini vurğulayıb.

Davudoğlu İngiltərə, İsveçrə, Serbiya, Ukrayna və Avstriya Xarici İşlər nazirləri ilə ikitərəfli görüşlər də keçirib.

Danışıqlarda Ukraynadakı böhranın diplomatik yollarla həllinin mümkün olduğunu bildirən Davudoğlu, bu ölkədə ərazi bütövlüyünün qorunması, siyasi qütbləşmənin azaldılması və siyasi islahatlar həyata keçirilməsinin vacibliyini dilə gətirib.

Davudoğlu, Krım Tatar Türklərinin lideri Mustafa Abdülcəmil Krımoğlunun ölkəyə buraxılmamasından duyduğu narahatlığını da ifadə edib.

Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sesiyyası çərçivəsində keçirilən mərasimdə növbəti sədrlik Avstriyadan Azərbaycana keçib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr