Türkiyә-İordaniya arasında iqtisadi әmәkdaşlıq

İqtisadiyyat naziri Nihat Zeybekçi , İordaniyada görüşlәr keçirib.

62027
Türkiyә-İordaniya arasında iqtisadi әmәkdaşlıq

İqtisadiyyat naziri Nihat Zeybekçi , İordaniyada görüşlәr keçirib.

Zeybekçi və onu müşayiәt edәn heyət , İordaniyanın şimalındakı Mafra şəhərində, Türk iş adamı tərəfindən inşa edilәn vә 150 nәfәrә iş imkanı tәmin edәn obyektin açılış mәrasiminә qatılıb.

İordaniyanın liman şəhəri Akabədə Sərbəst Ticarət Bölgəsində araşdırmalar aparan Zeybekçi, ölkәdәki investisiya imkanları haqqında rәsmilәrdәn məlumat alıb.

Nazir, Akabә-nin Qırmızı dənizə olan sahilinə dә toxunaraq , şəhərin Türk turizmi üçün yeni cazibə mərkəzi halına gələ biləcəyini qeyd edib. Türkiyə ilə İordaniya arasında 850 milyon dollar olan ticarət dövrüyәsinin artırıla bilmәsi üçün qarşılıqlı investisiya hәyata keçirilmәsinin vacibliyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr