Dövlət başçısı Gül, Yeni Zelandiyanın ümumi valisini qonaq edib

Dövlət başçısı Abdullah Gül, Yeni Zelandiyanın ümumi valisi Jerry Mateparaaenin şərəfinə Çankaya Köşkündə dünən axşam ziyafət verib.

60986
Dövlət başçısı Gül, Yeni Zelandiyanın ümumi valisini qonaq edib

Dövlət başçısı Abdullah Gül, Yeni Zelandiyanın ümumi valisi Jerry Mateparaaenin şərəfinə Çankaya Köşkündə dünən axşam ziyafət verib.
Çanaqqala Hərblərinin güclü dostluğun əsasının qoyulmasına səbəb olduğunu bildirən Gül deyib ki, bizlər acı bir keçmişdən güclü bir dostluq yaratmağı bacara bilmiş nadir ölkələrik. Ortaq tarixdə çox önəmli bir yer tutan Çanaqqala hərblərində, gənclərimizin ortaya qoyduğu qəhrəmanlıq və insanlıq dərsləri, Çanaqqalanı məğlub olmayanı olan bir hərbə çevirmişdir.
Dövlət başçısı Gül, siyasi səviyyədə və çox cəhətli platformada mükəmməl olaraq dəyərləndirilən əlaqələrin ticari və iqtisadi əlaqələrə də əks etməsini istədiklərini deyib.
Türkiyənin Yeni Zelandiya üçün önəmli bir ortaq olduğuna işarə edən qonaq vali də, Türkiyənin qlobal və regional mövzulardakı baxışını yüksək qiymətləndirdiklərini vurğulayıb.
Mateparae, “Beynəlxalq ictimaiyyət, sərhəddən Türkiyəyə keçən yüz minlərlə Suriyalının yaşadığı problemləri azaltmaq üçün Türkiyənin göstərdiyi cəhdlərə görə sizə təşəkkür borcludur” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr