Milli və Orijinal Pilotsuz və Silahlı Pilotsuz Uçan Aparatlar

Türk Hərb-İş Həmkarlar İttifaqının Təhsil Şöbəsinin müdiri Tarkan Zənginin mövzu ilə bağlı dəyərləndirməsi.

1051478
Milli və Orijinal Pilotsuz və Silahlı Pilotsuz Uçan Aparatlar

Türkiyə bir tərəfdən müdafiə sahəsində həlledici əhəmiyyətə malik olan strateji məhsullar istehsal edir, digər tərəfdən qlobal rəqabətdə ölkəni önə çıxaracaq müdafiə məhsullarını yerli və milli imkanlarla istehsal edərək gələcəyə əmin addımlarla irəliləyir. Türkiyə bu sahədə əldə etdikləri ilə müstəqil siyasət yürütməklə yanaşı satdığı məhsullarla iqtisadiyyata əhəmiyyətli gəlirlər gətirir. Türkiyənin pilotsuz uçan aparatlar istehsalına başlaması müəyyən mənada, asılılıqdan xilas olmağın və iqtisadiyyata yeni nailiyyətlər qazandırmanın hekayəsidir. Ölkənin inventarına 1990-cı illərdə girən ilk pilotsuz uçan aparatlar İsrailin istehsal etdiyi “Heron”lar və ABŞ istehsalı GNAT modelləri idi. GNAT-ın inkişaf etmiş versiyaları olan “Predator” və “Repaer” Silahlı Pilotsuz Uçan Aparatların  2000-ci  illərdə Türkiyəyə satışına ABŞ Konqresi icazə vermədi.

Bundan sonra Türkiyə milli PUA-larını istehsal etməyə başladı. Bu gün Türkiyədə yerli və milli pilotsuz uçan aparatlardan  - "Simurq Quşu" və "Bayraqdar"dan istifadə edilir.

 Müdafiə sənayesində istehsal olunan piotsuz və silahlı pilotsuz uçan aparatlar bu sahədə Türkiyənin dünyanın bir neçə qabaqçıl ölkələri sırasına girməsini təmin etdi. Türkiyə bu gün milli texnologiya sahəsində çalışan fəal professioanal orduya malikdir. Fürsət verildiyində gənclərimizin nələrə qadir olduğuna şahid oluruq.

Müdafiə sənayesi uzunmüddətli hədəflər istiqamətində səbrlə davam etdirilən işlərlə nəticə ortaya qoyan bir sektordur. Bu gün piotsuz və silahlı  pilotsuz uçan aparatlarda son 10 ildə qazanılan mühüm uğurlar uzun müddətli strateji hədəflərin təqib edilməsinin nəticəsidir.

Pilotsuz və silahlı pilotsuz uçan Aparatların istehsalında mühüm işlərə imza atan "Baykar" qrupunun üzvü Səlcuq Bayraqdar mövzu ilə bağlı bunları söylədi: "Türkiyənin PUA istehsalı əldən atılan Mini PUA-larla başladı. Komandamız bu vasitələrlə təyyarələrin uçduğu sahələrdə hər zaman əsgərlərlə birlikdə işlədi. Mini PUA-da  görüntüləri canlı olaraq birləşdirərək, xəritəyə çevirmə qabiliyyəti vardı. Bu, dünyada heç bir PUA-da olmayan bir xüsusiyyət idi. Silahlı pilotsuz uçan aparatlarımız dünyadakı heç bir PUA-da olmayan qabiliyyətlərə malikdirlər. Bəzi qabiliyyətlər Afrin əməliyyatında uzun təcrübələrdən  sonra əlavə olundu. PUA-larımız son 1 ildə, xüsusilə "Fərat Qalxanı" əməliyyatında çox fərqli şərtlərə məruz qaldı ".

 

 “Bayraqdar” Mini PUA  və  “Bayraqdar”  Taktika PUA

2007-ci ildə Türk Silahlı Qüvvələrinin istifadəsinə buraxılan ilk milli hava vasitəsi sistemi -Mini PUA-ları “Baykar” qrupu istehsal edib. Daha sonra Taktik PUA-ların da istehsalına başlayan qrup məhsullarının xüsusiyyətlərindən belə bəhs edir: “Bayraqdar” mini pilotsuz hava vasitəsi sistemi tamamilə orijinal və milli olub, elektron, proqram və struktur komponentləri ilə Türkiyənin ilk mini robot hava vasitəsi sistemidir. Bu günə qədər 100.000-dən çox əməliyyat uçuşu həyata keçirib. Sistem çətin coğrafi və meteoroloji şərtlər altında belə fəaliyyət göstərir.

Orta yüksəklik və uzun mənzil (MALE) sinfi PUA konsepsiyasına uyğun olaraq yaradılan Taktik PUA sistemi milli və özünəməxsus tam avtomatik uçuş nəzarət qabiliyyətlərinə malikdir. Bu, üç ehtiyatlı uçuş nəzarət sistemli konstruksiyası, özünəməxsus yol hərəkəti və sensor birləşimli tətbiqi ilə dünya reytinqində ən qabaqcıl texnologiya səviyyəsində olan kəşfiyyat və müşahidə vasitəsidir. Uçuş testləri 2009-cu ilin sentyabr-oktyabr aylarında rəsmi heyət qarşısında uğurla həyata keçirilmişdir.

 

Hərbi əməliyyatlarda  çox fəal istifadə edildi

 Türkiyənin ölkə daxilində və xaricdə apardığı terrorla mübarizə əməliyyatlarının uğurlarına pilotsuz və silahlı pilotsuz uçan aparatların çox mühüm töhfələri oldu. 2015-ci ildən etibarən "Bayraqdar TB2" PUA-larından terrora qarşı əməliyyatlarda istifadə edilir. TB2 PUA-ları səssiz şəkildə, özünü göstərmədən, çox yüksək səviyyədə çox həssas görüntülər almaq qabiliyyətinə malikdir. Bu PUA-lar "Fərat Qalxan"ı və "Zeytun Budağı" əməliyyatlarında fəal müşahidə, kəşfiyyat və atəş dəstəyini təmin etdilər. "Bayraqtar TB2" PUA-larından bu günə qədər əhəmiyyətli sayda terrorçunun müəyyən olunması  və zərərsizləşdirilməsi əməliyyatlarında istifadə edilib. "Zeytun Budağı" əməliyyatı  boyu irəliləyən qoşunların qarşısında duran təhdidlər və terrorçuların sığınacaq kimi istifadə etdiyi çox sayda mağara və tunellər PUA-lar tərəfindən təsbit olunub. Müəyyənləşdirən bir sıra təhdid və terrorçular PUA-lar vasitəsilə zərərsizləşdirilib.

Pilotsuz və silahlı pilotsuz uçan aparatların səmərəliliyini artıracaq yeni texnologiyalar da istehsal olunur. "Baykar" qrupu və şərikləri mobil canlı yayım proqramı olan "KUZQUN"u yaratdlar. "KUZQUN"dan ilk dəfə Efes 2018 Birgə Taktiki Təlimində istifadə edildi. Bu proqram PUA-lardan gələn canlı yayım görüntülərinin mobil cihazlar vasitəsilə ötürülməsini təmin edir. Mövcud vəziyyətdə hərbi hissələrdə izlənən pilotsuz və silahlı pilotsuz uçan aparatların görüntüləri "KUZQUN" proqramının tətbiqi ilə bölgədə fəal xidmət göstərən dəstələrin mobil cihazlarına yüklənə bilir.

Beləliklə, regiondakı təhlükəsizlik qüvvələrinə ani görüntülər verilərək, terrorizmlə mübarizədə mühüm üstünlüklər əldə edilir. Pilotlu hava vasitələri texnologiyasında dünyanın bir neçə qabaqcıl ölkələri sırasına daxil olan Türkiyənin bu sahədə yeni hədəfi pilotsuz təyyarə layihəsidır. PUA-ların istehsalında qısa müddətdə  mühüm uğurlara imza atan Türkiyə yeni məqsədini həyata keçirəcək potensiala malikdir.

 

 



Әlaqәli Xәbәrlәr