Hərbi Aviasiya Texniki Xidmət Zavodları

Türk Hərb-İş Həmkarlar İttifaqının Təhsil şöbəsinin müdiri Tarkan Zənginin "Hərbi Aviasiya Texniki Xidmət Zavodları" adlı yazısı.

1079435
Hərbi Aviasiya Texniki Xidmət Zavodları

Türkiyədə hərbi iş yerləri və hərbi zavodlar ölkənin müdafiəsində əhəmiyyətli bir yer tutur. Lakin ictimaiyyətin mühüm uğurlara imza atan hərbi zavodlar və bu zavodların imkan və keyfiyyətləri haqqında kifayət qədər məlumatı yoxdur. Bəzən də bu iş yerlərində təmir, və ya istehsal olunan müdafiə sənayesi məhsulları sanki başqa yerlərdə istehsal edilmiş kimi göstərilir. Hərbi fabriklər və zavodlar dövlətin ən səmərəli iş yerlərinin başında durur. İlin ən məhsuldar fəhlələri əsasən hərbi iş yerlərindən olur. Müdafiə sənayesinin inkişafında və milliləşdirilməsi istiqamətində hərbi iş yerləri və buradakı fəhlələr sektorun görünməz qəhrəmanlarıdır. Ölkəmizin terrorla mübarizəsində, ölkə daxilindəki və xaricdəki  əməliyyatlarda hərbi iş yerlərinin zabitləri, gizirləri, məmurları və xüsusən də, fəhlələri mühüm işlərə imza atırlar.

15 iyul xain dövlət çevrilişi cəhdindən sonra hərbi sistemdə aparılan dəyişikliklər hərbi zavodlarda da bəzi dəyişikliklərin baş verməsinə səbəb oldu. Hərbi iş yerləri Milli Müdafiə Nazirliyinə tabe olan Hərbi Zavodlar Baş İdarəsi və Zavodlar Baş İdarəsi kimi iki baş idarənin damı altında toplaşdılar. Türkiyədə hazırda Hərbi Zavodlar Baş İdarəsi nəzdində fəaliyyət göstərən çoxsaylı əhəmiyyətli və uğurlu hərbi iş yerləri mövcuddur.

Bu yazıda Eskişehirdə fəaliyyət göstərən, aviasiya sahəsində uğurları ilə önə çıxan I Aviasiya Xidməti Zavodu İdarəsindən bəhs edəcəyəm. Növbəti yazılarda da digər uğurlu iş yerlərini tanıtmağa davam edəcəyik.

 Təyyarə Təmirxanasından I Aviasiya Texniki Xidmət Zavodu İdarəsinədək uzanan yol

 1926-ci ildə Eskişehir Təyyarə Təmirxanası olaraq yaradılan I Aviasiya Təchizat Xidmət Mərkəzi Komandanlığı bu gün 92 yaşındadır. Burada 1950-ci illərədək Hərbi Hava Qüvvələrinin inventarında olan propellerli təyyarələrin yoxlanılması və təmirləri həyata keçirilib. 1970-ci ilə qədər keçən müddət ərzində F-84, F-86 və F-100 tipli təyyarələrə xidmət verilib. Bu hərbi iş yeri 1968-ci ildə ilk reaktiv mühərrik yenilənməsi ilə texniki imkan və qabiliyyətlərini genişləndirib.1979-ci ildə F-4 təyyarəsi ilə başlayan ilk yüksək səviyyəli  təyyarə zavodu kimi xidmət və yenilənmə fəaliyyətlərini 1980-ci illərdə digər təyyarələri də əhatə edən işlərlə davam etdirib. 1992-ci ildə isə ilk F110 mühərriki ilə qabiliyyətləri daha da artıb. 1997-ci ildə F-4 təyyarələrinin modernləşdirilməsi ilə başlayan təyyarə modernləşmə layihələrini sonrakı illərdə digər təyyarələr üçün həyata keçirilən layihələr təqib edib. 2006-ci ildə başlanılan işlər ilə Türkiyənin ilk mühərrik test sahəsi olan ATILIM bu iş yerində təminat və təchizatda tamamilə milli imkanlarla inkişaf etdirilib. 2016-ci ildə Milli Müdafiə Nazirliyinə tabe olan Hərbi Zavodlar Baş İdarəsinə bağlanaraq I Aviasiya Xidmət Zavodu İdarəsi adını alıb.

77 Təyyarəyə Zavod Səviyyəsində Tüxniki Xidmət Verilir

 Bu gün böyük əksəriyyəti fəhlələrdən ibarət , 260-ı mühəndisi və ümumilikdə 2.300 əməkdaşı olan zavodda ildə təxminən 77 fərqli tipli təyyarəyə xidmət göstərilir.

Bu işlərə əlavə olaraq, sözügedən təyyarə, mühərrik və yer dəstək avadanlıqlarına aid 6.000 hissənin təmiri, 14.000 hissənin emalı və 4.700 təchizatın kalibri də bu iş yerində həyata keçirilir. Burada, eyni zamanda, F-16 PO-III, T-38M Arı və T-38 PC-III modernləşmələri son dövrdə həyata keçirilən mühüm layihələrdir. Hal-hazırda silah sistemlərinin mühəndislik işləri çərçivəsində texniki idarəetmə  və təmir-bərpa fəaliyyətləri çərçivəsində texnoloji bərpa mərkəzi fəaliyyətini davam etdirir. Hərbi zavod Hava Qüvvələri Komandanlığının əməliyyat tədbirini maddi-texniki baxımdan dəstəkləmək və inkişaf etdirmək məqsədilə silah sistemləri ilə təchizatın texniki idarəetmə vəzifəsini yerinə yetirir, zavod səviyyəsində xidmət, təmir, yenidənqurma, test və kalibrini həyata keçirərək, bu proseslər üçün lazımlı parça istehsalını reallaşdırır və keyfiyyəti təmin edir. Dövlət tərəfindən yaradılan bu iş yerində müasir texnoloji avadanlıqlar və materiallar vardır. 

 Avropanın Təmir-Bərpa Mərkəzi

 I Aviasiya Zavodu İdarəsi göy üzündə texnologiya yarışının artdığı günümüzdə istehsal, xidmət, təmir, modernləşmə sahələrində sahib olduğu beynəlxalq keyfiyyət, ətraf mühit, işdə sağlamlıq və təhlükəsizlik sənədləri ilə fəaliyyətlərini dünya standartlarında davam etdirir. İş yeri missiyasını "Hava Qüvvələri Komandanlığının regionun ən güclü aviasiya və kosmos gücü olmasına töhfə verən logistik mərkəzi olmaq" kimi müəyyənləşdirmişdir. Sahib olduğu işçi qüvvəsi və imkanları  ilə təkcə Türkiyə Silahlı Qüvvələrinin deyil, eyni zamanda, JSF təyyarəsi F135 mühərrikinin regional xidmət mərkəzi olmaqla yanaşı, Avropa ölkələrinin də təmir- bərpa mərkəzinə çevrilmişdir.

 Bu zavod kvalifikasiyalı personalı, bilik, keyfiyyət anlayışı ilə bu gün olduğu kimi gələcəkdə də aviasiya sektoruna dövlət iş yeri olaraq xidmət edərək müdafiə sənayemizin milliləşməsinə mühüm töhfələr verməyə davam edəcək.

 Türk Hərb-İş Həmkarlar İttifaqının Təhsil Şöbəsinin müdiri Tarkan Zənginin "" adlı yazısını təqdim etdik.



Әlaqәli Xәbәrlәr