İstanbulda TDT-yə üzv ölkələrin qeyri-rəsmi görüşü keçirilib

TDT üzv ölkələrin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçilərinin (müşavirlərinin) qeyri-rəsmi görüşü keçirilib.

2032387
İstanbulda TDT-yə üzv ölkələrin qeyri-rəsmi görüşü keçirilib
istanbul tdt toplantisi1.jpg
istanbul tdt toplantisi.jpg

Sentyabrın 2-də İstanbulda Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçilərinin (müşavirlərinin) qeyri-rəsmi görüşü keçirilib.

Təşkilatın İstanbuldakı binasında keçirilən tədbirdə üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, Katibliyin təmsilçiləri də iştirak ediblər.

Görüşdə üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanaraq, Təşkilatın fəaliyyətinin genişləndirilməsinin önəmi qeyd olunub.

Nümayəndə heyətləri bölgədə və onun hüdudlarından kənarda sülhün, sabitliyin və firavanlığın təşviq edilməsi, birgə təşəbbüslər üçün potensial imkanları dəyərləndiriblər.

Toplantı “Türk Dünyasına Baxış-2040” və “TDT 2022-2026 Strategiyası” çərçivəsində Türk Dövlətləri Təşkilatının inkişaf edən qlobal mühitdə türk dövlətləri arasında daha dərin əməkdaşlığın təşviq olunması öhdəliyinə uyğun olaraq, konstruktiv dialoq və strateji planlaşdırma baxımından platforma rolunu oynayıb.



Әlaqәli Xәbәrlәr