32 ildən sonra Şuşa, Xankəndi və Xocalıda ilk Bilik Günü

Sentyabrın 16-dan Azərbaycanda 2024-2025-ci tədris ili başlanıb

2187471
32 ildən sonra Şuşa, Xankəndi və Xocalıda ilk Bilik Günü
Şuşa_30 il sonra ilk Bilik günü_2024_.jpeg

 

  Sentyabrın 16-dan Azərbaycanda 2024-2025-ci tədris ili başlandı. Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olundu.

  2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul edilib.

  Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olundu.

   32 ildən sonra işğaldan azad olunan Şuşada ilk Bilik Günü keçirildi. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak ediblər.

  AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə məktəblilərin Şuşa şəhər 1 nömrəli tam orta məktəbinə yürüşü olub.

  2024-2025-ci tədris ilində ali təhsil pilləsində Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti qapılarını ilk dəfə tələbələrin üzünə açır.

  Təhsilin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.



Әlaqәli Xәbәrlәr