Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində etiraz aksiyası 45-ci günündə

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, şüarlar səsləndirirlər

1937378
Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində etiraz aksiyası 45-ci günündə
Laçın-Xankəndi yolu_Şuşa_etiraz aksiyası_45-ci günü_01.jpg
laçın-Xankəndi yolu_Şuşa_etiraz aksiyası_45-ci günü_04.jpg
Laçın-Xankəndi yolu_Şuşa_etiraz aksiyası_45-ci günü_03.jpg

 

  Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 45 gündür davam edir.

  AZƏRTAC informasiya agentliyi xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarında yüksək əhval-ruhiyyə və fəallıq müşahidə olunur.

  Ekofəallar hər gün səhəri Dövlət Himninin səsləndirilməsi ilə açır, vətənpərvər ruhda mahnılar ifa edirlər.

  Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

  Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.

  Xatırladaq ki, 2022-ci il dekabrın 3 və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.



Әlaqәli Xәbәrlәr