Azərbaycan və Ermənistan sərhədində ilk dəfə olaraq sərhəd daşı qoyuldu

Azərbaycan-Ermənistan Sərhədlərinin Müəyyən Edilməsi üzrə Komissiyanın həmsədri, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidmətindən verilən məlumata görə ...

2131143
Azərbaycan və Ermənistan sərhədində ilk dəfə olaraq sərhəd daşı qoyuldu

 

  Azərbaycan-Ermənistan Sərhədlərinin Müəyyən Edilməsi üzrə Komissiyanın həmsədri, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidmətindən verilən məlumata görə, iki ölkənin ekspert qrupları sərhəddə aparılan geodeziya ölçmələrinə əsasən koordinatların müəyyən edilməsi üzərində işləyirlər. Görülən işlər nəticəsində iki ölkə sərhədində ilk dəfə olaraq sərhəd daşı qoyulub.

  Xatırladaq ki, 2024-cü il aprelin 19-da iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Ş.Mustafayev və Ermənistan baş nazirinin müavini M.Qriqoryanın həmsədrliyi ilə sərhədin müəyyən edilməsi komissiyasının 8-ci iclası keçirilib. İclasda bir sıra məsələlər üzrə razılıq əldə olunub. Ermənistan Birinci Qarabağ Müharibəsi zamanı işğal etdiyi Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasına razılıq verib və bu kəndlərlə onlarla üzbəüz erməni kəndləri arasında sərhəd xəttinin müəyyənləşdirilməsi razılaşdırılıb.



Әlaqәli Xәbәrlәr