Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1802392
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 mart 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 41 yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər həyatını dəyişib.

  İndiyədək ölkədə ümumilikdə 791 min 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 781 min 641 nəfər müalicə olunaraq sağalıb, 9679 nəfər vəfat edib. Aktiv xəstə sayı 375 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2696, bu günə qədər isə ümumilikdə 6 milyon 681 min 983 test icra olunub.

  Martın 26-da Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 6854 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 345, ikinci doza 750, üç və daha çox doza 5391, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 368-dir.

  Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 395 min 825, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 320 min 787, ikinci mərhələ üzrə 4 milyon 817 min 513, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 31 min 776, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 min 749-dur.



Әlaqәli Xәbәrlәr