Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1800085
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 mart 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 34 yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər həyatını dəyişib. 

  İndiyədək ölkədə ümumilikdə 791 min 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 781 min 202 nəfər müalicə olunaraq sağalıb, 9666 nəfər vəfat edib. Aktiv xəstə sayı 677 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2741, bu günə qədər isə ümumilikdə 6 milyon 671 min 287 test icra olunub.

  Martın 22-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 92 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 4, ikinci doza vaksinlərin sayı - 20, üç və daha çox doza vaksinlərin sayı – 67, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1-dir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 368 min 581, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 319 min 393, ikinci mərhələ üzrə 4 milyon 814 min 504, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 10 min 364, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 224 min 320-dir.

 



Әlaqәli Xәbәrlәr