Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 fevral 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1783072
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 fevral 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2372 yoluxma faktı qeydə alınıb, 4616 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər həyatını dəyişib. 

  İndiyədək ölkədə ümumilikdə 777 min 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 742 min 326 nəfər müalicə olunaraq sağalıb, 9280 nəfər vəfat edib. Aktiv xəstə sayı 26 min 198 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 318, bu günə qədər isə ümumilikdə 6 milyon 501 min 358 test icra olunub.

  Fevralın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 40 min 398 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2958, ikinci doza üzrə 1973, üç və daha çox doza vaksinlərin sayı 33 min 311, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 2156-dır.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 828 min 76, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 288 min 297, ikinci mərhələ üzrə 4 milyon 777 min 7, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 566 min 634, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 196 min 138-dir.



Әlaqәli Xәbәrlәr