Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1699795
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1770 nəfər müalicə olunaraq sağalıb, 3107 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 421 min 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 362 min 898 nəfər müalicə olunaraq sağalıb, 5592 nəfər vəfat edib. Aktiv xəstə sayı 52.613 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 191, bu günə qədər isə ümumilikdə 4 milyon 442 min 244 test icra olunub.       

   Qeyd edək ki, avqustun 30-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 1225 min 948 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 768, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 457 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 689 min 31, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 43 min 744, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 645 min 287 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr