Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1697979
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 2470 nəfər müalicə olunaraq sağalıb, 3714 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 405 min 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 353 min 140 nəfər müalicə olunaraq sağalıb, 5434 nəfər vəfat edib. Aktiv xəstə sayı 46.968 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 247, bu günə qədər isə ümumilikdə 4 milyon 379 min 510 test icra olunub.       

   Qeyd edək ki, avqustun 26-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 84 min 232 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54 min 63, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 min 169 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 419 min 537, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 884 min 713, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 534 min 824 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr