Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1690293
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 576 nəfər müalicə olunaraq sağalıb, 2674 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 359 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 337 min 21 nəfər müalicə olunaraq sağalıb, 5109 nəfər vəfat edib. Aktiv xəstə sayı 17.602 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 575, bu günə qədər isə ümumilikdə 4 milyon 164 min 163 test icra olunub.

  Qeyd edək ki, avqustun 12-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 64 min 280 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 min 337 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 607 min 591, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 287 min 430, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 320 min 161 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr