Naxçıvanın Sədərək rayonu ermənilər tərəfindən atəşə tutulub

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki...

1683478
Naxçıvanın Sədərək rayonu ermənilər tərəfindən atəşə tutulub

 

  Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

  Qarşı tərəf cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.



Әlaqәli Xәbәrlәr