Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 iyul)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1672248
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 iyul)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 39 nəfər müalicə olunaraq sağalıb, 104 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 336 min 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 330 min 606 nəfər müalicə olunaraq sağalıb, 4980 nəfər vəfat edib. Aktiv xəstə sayı 1202 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 821 min 726 test aparılıb. Bugünkü test sayı isə 8709-dur.     

  Qeyd edək ki, iyulun 8-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 53 min 478 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 21 min 166, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 32 312 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 964 min 102-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 417 min 173, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 546 min 929 nəfərdir.



Әlaqәli Xәbәrlәr