Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 dekabr)

Azərbaycanda son 24 saat ərzində 4 min 392 nəfər "Covid-19"dan sağalıb, 2 min 284 nəfər yoluxub, 41 nəfər vəfat edib.

1549967
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 dekabr)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 2 min 284 yeni yoluxma faktı qeydə alınıb, 4 min 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 205 min 877 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 147 min 199 nəfər müalicə olunaraq sağalıb, 2 min 294 nəfər vəfat edib, aktiv xəstə sayı 56 min 384 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 221, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 88 min 358 test aparılıb.



Әlaqәli Xәbәrlәr