Prezident İlham Əliyev Türkiyənin Ticarət və Sənaye Palatasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyətilə birlikdə Türkiyə Ticarət və Sənaye Palatasının nümayəndə heyətini qəbul edib.

1520362
Prezident İlham Əliyev Türkiyənin Ticarət və Sənaye Palatasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tərkibində Türkiyə Ticarət və Sənaye Palatasının nümayəndə heyətini qəbul edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Ticarət  və Sənaye Palatasının (Odalar və Borsalar Birliyi) sədri Rıfat Hisarcıklıoğlu, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edib.

Prezident İlham Əliyev "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının Bakıdakı toplantısı çox əlamətdar hadisədir. Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən müharibəsi aparır, bu toplantının xüsusi önəmi vardır. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir.

Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş, dost ölkələrin dəstəyini hiss edirik. Bildiyiniz kimi, Türkiyə Respublikasının Prezidenti, mənim əziz qardaşım bizə ilk dəstək verdi, çox əhəmiyyətli bəyanatlar verdi. Demişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Ondan sonra digər dost, qardaş ölkələrin dövlət və hökumət başçıları – Pakistan, Əfqanıstan və digər dövlətlərin dövlət və hökumət başçıları bizə dəstək göstərdilər. Şadam ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək göstərmişdir və Şuranın çox önəmli bəyanatı olmuşdur. Bu, türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür" deyib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev öz növbəsində Ermənistanın Azərbaycana hücumlarının başladığı ilk günlərdən bəri Türk Şurası olaraq, Türk dünyası olaraq qardaş Azərbaycanın yanında olduğunu söyləyib. 

Rıfat Hisarçoklıoğlu da Türkiyə Ticarət və Sənaye Palataları olaraq bugünkü səfərin əsas məqsədinin Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclasında iştirak etmək və Azərbaycana dəstək və həmrəyliyi göstərmək olduğunu vurğulayıb. 

Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev bu günlərdə öz ölkələrinin Azərbaycanla həmrəy olduqlarını bir daha ifadə ediblər.



Әlaqәli Xәbәrlәr