Azərbaycanda indiyədək 1678 nəfər koronavirusa yoluxub, 1162 nəfər sağalıb

Azərbaycanda 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

1406181
Azərbaycanda indiyədək 1678 nəfər koronavirusa yoluxub, 1162 nəfər sağalıb

Azərbaycanda 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BVirusa yoluxmuş bir nəfər vəfat edib. 

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, hazırkı dövrədək Azərbaycanda 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılıb. 



Әlaqәli Xәbәrlәr