Yeni Azərbaycan Partiyası parlamentin buraxılması qərarını parlamentə təqdim etdi

Məlumatı YAP-ın baş katibi Əli Əhmədov təşkil etdiyi mətbuat konfransında bildirərək deyib...

1314241
Yeni Azərbaycan Partiyası parlamentin buraxılması qərarını parlamentə təqdim etdi

 

  Azərbaycanda iqtidar partiyası - Yeni Azərbaycan Partiyası (YAP) parlamentin buraxılması üçün parlamentə müraciət etdi.

  Məlumatı YAP-ın baş katibi Əli Əhmədov təşkil etdiyi mətbuat konfransında bildirərək deyib:

  “Respublika başçısı İlham Əliyevin yeni islahat siyasətini dəstəkləmək məqsədiylə belə bir qərar verdik. Qərarın ölkənin inkişafına böyük töhfə verəcək.

  Ölkədə çox sahədə islahatlar tətbiq olunur və gənc kadrlar vəzifəyə gətirilir. Qanunverici orqan da bu islahatlardan kənarda qalmamalıdır.

  YAP millət vəkillərinin verdiyi qərar parlamentdə müzakirə olunacaq və qəbul edilən kimi ölkə başçısı İlham Əliyevə göndəriləcək.”

  Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilmiş və respublika prezidenti İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası 125 üzvlü məclisdə 71 yeri qazanaraq əksəriyyəti əldə etmişdi. Bundan sonrakı parlament seçkilərinin 2020-ci ilin noyabrında edilməsi gözlənilirdi.



Әlaqәli Xәbәrlәr