“Kərkük icra hakimiyyət  başçısı Türkmən  olmalıdır”

İraqın Kərkük şəhərindəki Türkmenlər icra hakimiyyət başçısının özlərindən təyin edilməsinə dair tələblərini daha bir dəfə  səsləndirdilər.

1276944
“Kərkük icra hakimiyyət  başçısı Türkmən  olmalıdır”

İraq Türkmən Cəbhəsi (ITC) sözçüsü Məhəmməd Saman Anadolu Agentliyinə müsahibəsində yerli seçkilərin keçiriləcəyi 2020-ci ilə qədər şəhərin icra hakimiyyət başçılığının Türkmənlərə tapşırılmasını tələb etdiklərini bildirib. Kərkükün illərdir ərəb və ya kürd valilər tərəfindən idarə olunduğunu ifadə edən Saman, bu dəfə bir Türkmən tərəfindən idarə olunmasını istədiklərini qeyd edib.

Sözçü : “Şəhərə nəzarət 2 il dir Mərkəz hökumətin əlinə keçib. Baxmayaraq vəzifələrə təyin mövzusunda qane edici addımlar atılmır. İraq mərkəzi hökumətin şəhərə hakimiyyəti zəifdir. Hökümək Türkmənlərin etirazlarına biganə qalır” deyə vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Kərkükdəki nümayəndəliyində mövzunu dəfələrlə gündəmə daxil etdiklərinə diqqət çəkən sözçü şəhərin idarəsi ilə əlaqəli həssas vəzifələrə təyin olmalarına kürdlər tərəfindən maneə törədildiyini bildirib və daxili işlər nazirliyinin mövzu ilə maraqlanmasını istədiklərini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr