Qazaxıstan yeni prezidentini seçir

Ölkə qanunlarına görə, prezidentliyə namizəd qazax dilini bilməli, 40 yaşını keçməli, ölkədə ən az 15 illik qeydiyyatı və dövlət təşkilatlarında ən az 5 il çalışmış olmalıdır.

1214932
Qazaxıstan yeni prezidentini seçir

  Qazaxıstanda xalq yeni prezidentini təyin etmək üçün 9 iyunda seçkilərə gedir.

  Ölkədə qeydiyyatda olan 11 milyon 947 min seçici yerli vaxtla saat 07.00 ilə 20.00 arasında 9970 seçki məntəqəsində səs verəcəklər.

  Xaricdəki Qazaxıstan vətəndaşları isə 51 ölkədə qurulan 64 seçki mərkəzinə gedəcək.

  Səsvermə seçki müddəti sona çatdıqdan sonra 12 saat ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən elan ediləcək.

  Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev mart ayında istefa verib. Ondan sonra ölkənin müvəqqəti prezidenti Kasım Comərd Tokayev oldu ki, hal-hazırda o 7 namizəd arasındadır.

  Ölkə qanunlarına görə, prezidentliyə namizəd qazax dilini bilməli, 40 yaşını keçməli, ölkədə ən az 15 illik qeydiyyatı və dövlət təşkilatlarında ən az 5 il çalışmış olmalıdır.



Әlaqәli Xәbәrlәr