Azərbaycanda bayram namazının vaxtı

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə...

1212249
Azərbaycanda bayram namazının vaxtı

 

  Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.

  Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

  Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

  Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb. 

  İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.

  Şamaxı Astrofizika Rəsədxanası isə sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

  Rəsədxananın mətbuat xidmətindən yeni ay 3 iyun 2019 cu il tarixdə 14.03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.

  Təzələnmiş ayın görünməsi yalnız ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur. Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın gözlə görmək mümkündür.

  Odur ki, Azərbaycanda iyun ayının 4-ü axşam saat 20:20 - 21:06 radələrində gözlə görünəcək.



Әlaqәli Xәbәrlәr