Ankarada III Milli Birlik və Bərabərlik Simpoziumu

III Milli Birlik və Bərabərlik Simpoziumunda Xocalı soyqırımı anıldı.

1151340
Ankarada III Milli Birlik və Bərabərlik Simpoziumu

  Fevralın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində III Milli Birlik və Bərabərlik Simpoziumu keçirilib.

  İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirlyi və TİKA-nın dəstəyilə Ankara Milli Təhsil Nazirliyi (MEB) Şura salonunda təşkil olunan Simpoziumda Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY-un vəzifəli şəxsləri, türkdilli ölkələrdən millət vəkilləri, səfirlər, elm və ədəbiyyat adamları daxil olmaqla ümumilikdə 1500 nəfər iştirak edib.  

  III Milli Birlik və Bərabərlik Simpoziumunda Azərbaycanı ölkənin Yazıçılar Birliyi (AYB) Mətbuat Xidmətinin rəhbəri, İLESAM-ın Azərbaycan təmsilçisi, şair və jurnalist Xəyal Rza, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov və AYB-nin Moskva bölməsinin sədri, professor Abuzər Bağırov təmsil ediblər.

  İLESAM-ın sədri Mehmet Nuri Parmaksız türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin Türk Dünyası Fəxri Mükafatına layiq görüldüyünü açıqlayıb və mükafat Vahabzadənin ailəsini təmsil edən İsmayıl Məmmədkərimova təqdim olunub.

  Professor Abuzər Bağırov türk dünyasının dəyərli şairi Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini danışıb, şairin həyat və yaradıcılığı ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

  Birinci paneldə AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza bütünlüklə Xocalı soyqırımı və bu faciənin 27-ci ildönümülə bağlı çıxış edib. Ermənilərn törətdiyi vəhşilikləri elə ermənilərin özlərinin etiraflarından - Zori Balayanın yazılarından çıxarışlarla qeyd edən Xəyal Rza yaxınlarda qonşu Gürcüstanda Xocalı soyqırımının qatilinə qoyulmuş heykəl məsələsinə də toxunub.

  Bu hadisədən 27 il keçdiyini, lakin hələ də soyqırım cinayətkarlarının azadlqda gəzdiyini, üstəlik Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistanın bu əməllərinə dünyanın ədalətsiz yanaşdığını vurğulayan Xəyal Rza Böyük Türk Biryinin vacibliyini önə çəkərək deyib: "Bu birlik zamanın tələbidir. Məncə, bu zaman da artıq yetişib. Günlər bizi birliyə, qardaşlığa səsləyir. Günlər bizi şəhidlərimizin qisasını almağa, torpaqlarımızı bərpa etməyə səsləyir. Türk boyları yenidən birləşərək şərəfli keçmişinə dönməlidir. Dünya ağıllanmasa, onu ağıllandırmaq yenə qüdrətli türk millətinin üzərinə düşəcək. "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir” söyləyən Atatürkün, "Biz bir millət, iki dövlətik” deyən Heydər Əliyevin yolunu davam etdirən, qardaşlıq heykəlini "ucubə” adlandıran Rəcəb Tayyib Ərdoğan və "Türkiyədən burada kimsə yoxdursa, mən burdayam” deyən İlham Əliyev kimi liderlər vardırsa, bu birliyin yaranacağına inam da, ümid də vardır.”

  Simpoziumda Azərbaycan Yazıçılar Birliyi (AYB) Mətbuat Xidmətinin rəhbəri, İLESAM-ın Azərbaycan təmsilçisi, şair və jurnalist Xəyal Rzaya Türk Dünyası Fəxri Mükafatı (Türk Dünyası Onur Ödülü) təqdim edilib. Bundan başqa, o həm də İLESAM-ın Beynəlxalq Əlaqələr Bölməsinin rəhbəri seçilib.



Әlaqәli Xәbәrlәr