“Ticarətin dolların boyunduruğu altından çıxması üçün fəal əməkdaşlıq şərtdir”,R.T Ərdoğan“

Prezident Ərdoğan sentyabrın 1-də Qırğızıstana səfər edəcək.

1040447
“Ticarətin dolların boyunduruğu altından çıxması üçün fəal əməkdaşlıq şərtdir”,R.T Ərdoğan“

Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də Qırğızıstana səfər edəcək.

Dövlət başçısı həmin səfərdən əvvəl ölkədəki “Erkin Too” qəzeti üçün Türkiyə-Qırğızıstan əlaqələrini qiymətləndirdiyi məqalə yazıb.

Ərdoğan “Ata yurdu Qırğızıstanla çox şaxəli əlaqələrimizi gücləndiririk” başlıqlı yazısında Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun ölkə xaricinə ilk səfərini Türkiyəyə etdiyini xatırladaraq bildirib ki, həmin səfər zamanı heyətlər arasında geniştərkibli xeyli səmərəli görüşlər keçirildi. Bozqır müdriklərinin yurdu Qırğızıstanla ortaq mədəniyyətimizə söykənən əlaqələr keçmişdə olduğu kimi gələcəkdə də iki ölkə arasındakı dostluğu davam etdirəcəkdir.

Türk dünyasının potensiyalına, gücüna və münasibətlərinə uyğun iqtisadi məhsuldarlıq ortaya qoymasının vacibliyini vurğulayan prezident Ərdoğan  qeyd edib ki, beynəlxalq ticarətin dolların boyunduruğundan çıxması üçün strateji addımlar planlaşdırılan bu zamanda fəal əməkdaşlıq edilməsində qətiyyətli olunduğu göstərilməlidir. Bir sıra ölkələrlə hazırda tətbiq edilən beynəlxalq ticarəti yerli valyuta ilə həyata keçirmə məsələsi Qırğızıstan və Türkiyə üçün də müsbət nəticələr doğuracaqdır.

Ərdoğan səfəri zamanı Qırğızıstanın ev sahibliyi edəcəyi Ümumdünya Küçəri Oyunlarının üçüncüsünün açılış mərasimində iştirak edəcəyini vurğulayaraq, ana sponsorlardan birini də Türk Hava Yollarının öhdələndiyi tədbirdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Anadolu” xəbər agentliyi və TRK kimi qurumların tərəfdaş kimi yer almasının ortaq mədəniyyətə yiyə durduqlarının göstəricisi olduğunu ifadə edib.



Әlaqәli Xәbәrlәr