Bundan sonra Türkiyə vətəndaşları Özbəkistana vizasız gedə biləcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında Türkiyənin də olduğu 7 ölkə vətəndaşına 30 günlük viza haqqı verdi.

903097
Bundan sonra Türkiyə vətəndaşları Özbəkistana vizasız gedə biləcək

    Ş.Mirziyoyev tərəfindən imzalanan "Özbəkistana səyahət potensialının inkişaf etdirilməsi üçün müsbət şəraitin yaradılmasına" dair fərmana əsasən 10 fevraldan etibarən İsrail, İndoneziya, Cənubi Koreya, Malaziya, Sinqapur, Yaponiya və Türkiyə vətəndaşlarına 30 gün üçün viza tətbiq edilməyəcək.  

  Özbəkistanın 1 iyuldan etibarən ölkədə "e-viza" tətbiqinə keçəcəyi də fərmanda yer alıb.

  Beləliklə, bu fərmanla Özbəkistana vizasız səfər edə biləcək ölkələrin sayı 16-ya yüksəlib. Xatırladaq ki, bundan əvvəl Özbəkistan Qırğızıstan, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya və Ukrayna vətəndaşlarına viza tətbiq etmirdi.



Әlaqәli Xәbәrlәr