"Bu qədər zəhməti heç etməməliyik", M.Akıncı

Birləşmiş Millətlər Təşkilatı nümayəndələrinin də iştirak etdiyi görüşdə liderlərin söhbəti 3 saat sürüb.

660542
"Bu qədər zəhməti heç etməməliyik", M.Akıncı

  Qıbrız problemini həll etmək üçün aparılan müzakirələr davam edir.

  Şimali Qıbrız Türk Respublikasının prezidenti Mustafa Akıncı müzakirələrin yaxşı nəticə verəcəyinə ümid etdiyini bu sözlərlə bildirib: "Bu qədər zəhməti heç etməməliyik. Heç kəs də əlini yanına salıb durmamalıdır”.
  Şimali Qıbrız Türk Respublikasının prezidenti Mustafa Akıncı və Cənubi Kipr rəhbəri Nikos Anastasiadis Cenevrə danışıqlarından sonra ilk dəfə bir araya gəlib. Birləşmiş Millətlər Təşkilatı nümayəndələrinin də iştirak etdiyi görüşdə liderlərin söhbəti 3 saat sürüb.
  Növbəti görüş fevralın 1-ində olacaq və bu görüşdə Cenevrə prosesinin sonrakı mərhələsi danışılacaq. Mustafa Akıncı bu barədə deyib: “Çox kritik bir dövrdəyik. Amma həqiqətən nəticə ala biləcəyimiz bir mərhələdəyik."



Әlaqәli Xәbәrlәr