Azərbaycan Silahlı Qüvvələri təlim keçirdi

Azərbaycan Silahlı Qüvvələrinin zirehli birlikləri Ermənistan-Azərbaycan cəbhə xəttinə yaxın ərazilərdə təlim keçirdi.

604004
Azərbaycan Silahlı Qüvvələri təlim keçirdi


Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda təlimdə tank və digər zirehli vasitələrin müharibəyə hazırlıq vəziyyətinin yoxlanılması, əsgərlərin döyüş ruhunun yüksəldilməsi məqsədinin güdüldüyü bildirildi.
 
 Tank və digər zirehli vasitələrdən atəşlərin açıldığı təlimdə cəbhə xəttində aprel ayında yaşanan toqquşmalarda Azərbaycan ordusu tərəfindən məhv edilən Ermənistan tanklarının hədəf kimi istifadə edildiyi qeyd olundu.
 
 Azərbaycan ordusu noyabrın 12-də  60 min əsgər, 50-dən artıq təyyarə və helikopter, 150-dən çox tank və 700-ə yaxın raket və top sistemi ilə geniş miqyaslı təlimə başlayacaq.



Әlaqәli Xәbәrlәr