Azərbaycan deyiləndə ayağa dur ki...

18 oktyabr Azərbaycanın Milli Müstəqillik günü - 1918-ci ilin 28 mayında elan edilən ilk Türk-İslam Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının bərpa olunma və yenidən zühuretmə günüdür.

591556
Azərbaycan deyiləndə ayağa dur ki...

  Elə bilməyək ki, müqəddəslik yalnız dini dəyərlərlə ölçülür. Bir milləti bir araya gətirən, bir bayraq altında birləşdirən, bir himn altında qürurlandıran dövlət və dövlətçilik anlayışı müqəddəsdən də müqəddəsdir.

  18 oktyabr Azərbaycanın Milli Müstəqillik günüdür. 1918-ci ilin 28 mayında elan edilən ilk Türk-İslam Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının bərpa olunma, yenidən zühur etmə günüdür.

  Hər zaman fəxr etmək üçün keçmişə boylanırıq, Azərbaycan və İran torpaqlarını 1100 ildən artıq idarə etmiş və bu ərazilərdə türk soylu dövlətlər qurmuş əcdadlarımızla fəxr etmişik. Amma yaxın tarixin ən gözəl tarixi dövlətin dünyada ilk dəfə olaraq sülalə deyil, əbədi, əzəli torpaqlarının adı ilə adlanması oldu.

Azərbaycan qatarı da yollara çıxdı.

Dağılanda Qoca Şərqin duman dünyası.

Azərbaycan – mayası nur, qayəsi nur ki..

Hər daşından alov dilli ox ola bilər.

Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

  Ölməz Azərbaycan şairi Məmməd Arazın ölməz ruh dolu Azərbaycan şeiri.

  Nə yaxşı ki, Azərbaycan dövlət olaraq vardır, həmişə də var olsun.

  Dövlət nədir? Millətin yaratdıqlarının, maddi və mənəvi dəyərlərinin sahibi, qoruyucusu, müdafiəçisi. Bu da bir aksiomadır ki, millət dövlətinə, hökumət xalqına sahib çıxmazsa, nə millət olar, nə dövlət.

  Yaşasın Azərbayca adını özündə yaşadan Azərbaycan dövləti.

  Əziz dostlar, Milli Müstəqillik Günümüz mübarək olsun.  

  Xatırladaq ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

  Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

  1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

  Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.



Әlaqәli Xәbәrlәr