Azərbaycan ordusunun döyüş atışlı təlimləri yüksək qiymətləndirilib

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri döyüş atışlı təlimlər keçirib.

577439

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, optik və radiotexniki kəşfiyyat vasitələri, pilotsuz uçan aparatlar, eləcə də xüsusi təyinatlıların artilleriya kəşfiyyatı icra edilməklə şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyində örtülü və açıq mövqelərdəki tək və qrup halında, o cümlədən hərəkətdə olan hədəflər məhv edilib.

Təlimə cəlb olunan müxtəlif raket sistemləri və artilleriya qurğuları heyətlərinin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən yüksək qiymətləndirilib.

Әlaqәli Xәbәrlәr