Təbriz aşığı Məşi Paşayi bir əsrə yaxın ömrünü torpağa tapşırdı

O, müasir Təbriz və Qaradağ aşıqlarının bir çoxunun ustadıdır

563206
Təbriz aşığı Məşi Paşayi bir əsrə yaxın ömrünü torpağa tapşırdı

  Təbrizin yaşlı ustadlarından biri olan Aşıq Məşi Paşayi dünən gecə (31 avqust) dünyadan köçdü.

  Bir əsrə qədər ömür yaşamış aşıq bu gün (1 sentyabr) Təbrizin “Vadiye  rəhmət” qəbiristanlığında torpağa tapşırıldı.

  Aşıq Məşi Paşayi 1929-cu ildə Təbrizlin Vərziqan rayonunun Mirzə Əli kəndində anadan olmuşdu. 18 yaşında ustad aşıq Mikail Babayi, daha sonra Aşıq İsanın şagirdi kimi onlardan saz sənətinin sirlərini  və dastanlar öyrəndi.

O, müasir Təbriz və Qaradağ aşıqlarının bir çoxunun ustadıdır.



Әlaqәli Xәbәrlәr