Türkiyənin zəmanəti olmadan ortaya qoyulan həll prosesi qəbul edilməyəcəkdir

Şimali Kıbrıs Türk Cümhuriyyəti Kıbrıs Türk xalqının Türkiyənin zəmanəti olmadan hər hansı həll yolunu qəbul etməyəcəyini bildirib.

552718
Türkiyənin zəmanəti olmadan ortaya qoyulan həll prosesi qəbul edilməyəcəkdir

Şimali Kıbrıs Türk Cümhuriyyəti Kıbrıs Türk xalqının Türkiyənin zəmanəti olmadan hər hansı həll yolunu qəbul etməyəcəyini bildirib.

Şimali Kıbrıs Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyindən verilən açıqlamada Cənubi Kıbrıs Rum icmasındakı Demokratik Səfərbərlik Partiyasının (DİSİ) sədri Averof Neofitunun “Güzəlyurt bölgəsi geri verilmədən məsələnin həlli mümkün olmayacaq” barədəki açıqlamasının sərt şəkildə pisləndiyi qeyd edilib.  

Açıqlamada bildirilib ki, belə bəyanatlar ortaya qoyur ki, Rum tərəfinin əsas niyyəti məsələnin həlli deyildir. Şimali Kıbrıs Türk Cümhuriyyəti sərhədləri daxilində olan və Kıbrıs Türk tərəfinə aid olan Güzəlyurt bölgəsinin geri verilməsi və yaxud da inkişaf prosesinin dayandırılmasından söhbət gedə bilməz. Şimaldakı müxtəlif bölgələrdə olduğu kimi bu bölgədə də inkişaf üçün illər ərzində ciddi cəhd göstərildi. Əsasən müzakirələrdəki məqsəd torpaq vermək deyil, lazım olacağı təqdirdə ərazi nizamlamalarının olması ehtimallarını müzakirə etməkdir.

Açıqlamada o da vurğulanıb ki,  Cənubi Kıbrıs Rum icmasındakı Demokratik Səfərbərlik Partiyasının (DİSİ) sədri Averof Neofitu açıqlamasında ana vətən  Türkiyənin zəmanətinin davam etdiyi bir müqavilənin Kıbrıs Rum icması tərəfindən qəbul edilməyəcəyini bildirib. Bütün çağırış və xəbərdarlıqlarımıza baxmayaraq verilən bu açıqlama keçmişdə də Rum icması tərəfindən verilən açıqlamaların təkrarıdır. Bu çərçivədə ana vətən Türkiyənin zəmanəti açıqlamada iddia edilən şəkildə sazişdə yer tutan istəyə görə bir ilk şərt deyildir. Bu, keçmişdə yaşanan Rum hücumlarından sonra qarşı-qarşıya qaldığımız çətinliklərə qarşı zəmanət ünsürüdür. Türkiyənin təsirli və fəal zəmanəti olmayan həll yolunu Kıbrıs Türk xalqının qəbul etməsinin bəhs mövzusu olmadığını bir daha vurğulayırıq.

Qeyd edək ki, Cənubi Kıbrıs Rum icmasındakı Demokratik Səfərbərlik Partiyasının (DİSİ) sədri Averof Neofitu Rum Politis qəzetinə verdiyi açıqlamada Kıbrısda Güzəlyurtun geri verilməyəcəyi bir sazişi dəstəkləməyəcəyini ifadə etmişdi.



Әlaqәli Xәbәrlәr