Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başa çatıb

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə iyunun 27-də başlanan Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı uğurla başa çatıb.

523091
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başa çatıb

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə iyunun 27-də başlanan Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı uğurla başa çatıb.

Festivalın bağlanış günündə Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq Artisti, professor Ağaverdi Paşayevdir.

Festivalın yekun konsertinin proqramına Üzeyir Hacıbəylinin “Çahargah fantaziyası”, “Koroğlu” operasından “Qızlar rəqsi”, “Cəngi”, Tofiq Quliyevin “Qaytağı”, Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamından fraqment, Hacı Xanməmmədovun Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Yenə o bağ olaydı” və digər bəstəkar mahnıları, rəqslər daxil edilib.

Bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.



Әlaqәli Xәbәrlәr