Beş aylıq layihə çərçivəsində iyulun 11-də Bakıda tədbirlərə start verilib

“Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində iyulun 11-də Bakıda tədbirlərə start verilib.

527206
Beş aylıq layihə çərçivəsində iyulun 11-də Bakıda tədbirlərə start verilib

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində iyulun 11-də Bakıda tədbirlərə start verilib.

AZƏRTAC-ın xəbərinǝ ǝsasǝn, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azǝrbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azǝrbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstəsi qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

Sonra Şəhidlər xiyabanına gələn iştirakçılar Azǝrbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər. İştirakçılar “Türk Şəhidliyi” abidəsini də ziyarət ediblər.

Qeyd edək ki, iyulun 13-dək keçiriləcək silsilə tədbirlərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar Bakıda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarları iştirak edəcək.



Әlaqәli Xәbәrlәr