Türkiyə şirkətləri Xəzər vasitəsilə yükdaşımalarda maraqlıdır

Türkiyənin bəzi özəl şirkətləri Xəzər dənizində işə maraq göstərirlər.

488851
Türkiyə şirkətləri Xəzər vasitəsilə yükdaşımalarda maraqlıdır

Bu barədə Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov deyib.

Onun sözlərinə görə, Türkiyənin nəqliyyat şirkətləri Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı marşrutları üzrə yükdaşımalarda maraqlıdırlar.

Z.Məmmədov qeyd edib ki, bu məsələ müzakirə mərhələsindədir: "Bununla belə, milli və biznes maraqlarını unutmaq olmaz. Türkiyə şirkətlərinin təklifləri Azərbaycanın maraqlarına uyğun gəlsə, onları reallaşdırmaq mümkün olacaq. Əks halda bu məsələ müzakirə edilməyəcək".



Әlaqәli Xәbәrlәr