Ersin Tatar Türkiyeyə təşəkkür edib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar KKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) “müşahidəçi üzv” kimi qəbul edilməsinə verdiyi dəstəyə görə Türkiyeyə təşəkkür edib.

1905372
Ersin Tatar Türkiyeyə təşəkkür edib
kktc-ozbekistan bayrak.jpg
tatar.jpg

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar KKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) “müşahidəçi üzv” kimi qəbul edilməsinə verdiyi dəstəyə görə Türkiyeyə təşəkkür edib.

Ersin Tatar yazılı açıqlamasında ölkəsinin TDT-yə "müşahidəçi üzv" statusu ilə qəbul edilərək onlara bu xoşbəxtliyi yaşadan Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və türk diplomatiyasına təşəkkür edib.

Bu müsbət inkişafdan daha da ruhlanaraq şərəfli mübarizələrini eyni sürətdə davam etdirəcəklərini bildirən dövlət başçısı E.Tatar
ölkəsinin daha bir beynəlxalq təşkilatda iştirakının əhəmiyyətini vurğulayıb:

"Dövlətimiz beynəlxalq bir təşkilatda ilk dəfə öz konstitusiya adı ilə Kuzey Kıbrıs Türk Cümhuriyyəti olaraq bu statusu qazanıb. Tarix səhifələrinə düşəcək bu mərhələ bizim üçün əlavə qürur mənbəyidir".

Prezident Ersin Tatar "Türk Dövlətləri Təşkilatı nəzdində əldə etdiyimiz müşahidəçi üzv dövlət statusumuz xalqımıza və böyük Türk Millətinə xeyirli olsun” deyib.



Әlaqәli Xәbәrlәr