Tarixdə bu gün: 14 sentyabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1488813
Tarixdə bu gün: 14 sentyabr

14 sentyabr 1812-ci ildə Fransız imperatoru Napoleon Bonapart və ordusu Moskvanın nəzarətini ələ keçirdi, ancaq rus komandirləri geri çəkilərkən şəhəri yararsız hala saldılar. Şəhərdə baş verən və günlərlə davam edən yanğından sonra rusların davamlı hücumları və qış fəsli səbəbiylə ordusu böyük itki verən Napoleon Moskvadan çəkilmək məcburiyyətində qaldı.


14 sentyabr 1960-cı ildə İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela “Neft İxracatçısı Ölkələr Təşkilatı" OPEC-i qurdu. Hazırda 14 ölkə OPEC üzvüdür və neft istehsalının yarısını bu ölkələr reallaşdırır.

14 sentyabr 1982-ci ildə amerikalı aktrisa və Monako şahzadəsi Qreys Kelli avtomobil qəzası nəticəsində 53 yaşında dünyasını dəyişdi.



Әlaqәli Xәbәrlәr