Tarixdə bu gün: 14 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1144943
Tarixdə bu gün: 14 fevral

***

  14 Fevral Sevgililər Günü bir çox ölkədə qeyd olunan xüsusi bir gündür. Tarixi Roma Katolik Kilsəsi dövrünə aiddir.

  Valentin adlı bir keşiş romalı əsgərlərin evlənməsinin yasaq olduğu dövrdə onların evlənmələrinə yardım edir və bununla qızları da gizlicə ərə vermiş sayılır. Buna görə 496-cı ilin 14 fevralında Roma Papası Gelasius Valentinin edamına qərar verir.

  Digər tərəfdən, 1381-ci il tarixli “Parlament of Foules” adlı kitaba görə, Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların cütləşmə günü sayılırdı. Bu gün sevgililər bir-birilərinə xoş sözlər deyir, yazır və məktublarını “Valentin” xitabı ilə ünvanlayırdılar.

  Tarixi və səbəbi nə olursa olsun, 14 fevral dünyanın bir çox yerində Sevgililər Günü olaraq qeyd edilir.

***

  1876-cı ildə telefon ixtira olunub. Şotlandiyalı Aleksandr Qraham Bell ( Alexander Graham Bell ) ixtirası üçün patenti 14 fevralda alıb.

  Azərbaycanda telefon rabitəsi bundan az sonra - 19-cu əsrin 80-ci illərinin əvvəllərində qurulub. 1911-ci ildə isə Bakı-Tiflis telefon rabitəsi xətti işə düşüb.

***

  1946-cı ilin 14 fevral tarixində Cənubi Azərbaycanın mərkəzi şəhəri Тəbrizdə Səttrxanın heykəli qoyulub və adına orden təsis edilib.

***

  1946-cı ilin 14 fevralında elektriklə işləyən və elektron məlumat işləmə gücünə malik ilk kompüter ENİAC ABŞ-ın Pensilvaniya Universitetində tanıdılıb.

  II Dünya Müharibəsi zamanı Amerika alimləri tərəfindən ixtira edilən ENİAC təxminən 167 m² bir sahəyə sığırdı və ağırlığı 30 ton idi.

  Uzun mənzilli top və raketlərin hesablamalarında istifadə edilmək üçün 4 ilə yaradılan ENİAC müharibə bitdikdən sonra başqa elmi işlərdə istifadə olunmağa başlanıldı.

  ENİAC-ın hissələri hal-hazırda Vaşinqtondakı Amerika Milli Muzeyində nümayiş etdirilir.

***

   Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də ilk dəfə yayımlanıb.

  Aktrisa Nəcibə Məlikova “Göstərir Bakı” deyərək tamaşaçıları salamlayıb. Bundan sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Beləliklə, Azərbaycanda televiziya müntəzəm yayıma başlayıb.  

***

  1978-ci ilin bu günü sonralar “cip” adlanacaq ilk mikrosxem patentləşdirilib.

  Bu gün müasir çiplərsiz mürəkkəb elektron cihazları, kompüterləri təsəvvürə gətirmək mümkün deyil.

***

  14 fevral 2004-cü ildə Hamburqda dünyaya gəlmiş türk rejissor Fateh Akının "Divara qarşı" (Duvara karşı) bədii filmi Berlin Beynəlxalq Film Festivalında “Ən yaxşı film” seçilərək "Qızıl ayı" mükafatını alıb.

  Baş rolları Meltem Cumbul, Güven Kıraç, Sibel Kekilli və Birol Ünelin oynadığı “Divara qarşı” filmi ilə Fatih Akın Metin Erksanın “Susuz yay” filmindən 40 il sonra Berlin Film Festivalında “Qızıl ayı” mükafatını qazanan ikinci türk rejissoru oldu.

***

  14 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Teymurlar sülaləsindən olan Zahirəddin Babur 1493-cü ilin 13 fevralında dünyaya gəlib. Sonralar Böyük Moğol sülaləsinin bünövrəsini qoyan Babur həm də özbək dilində yazan görkəmli şair olub.

  Baburun dövründə Moğol xaqanlığı yüksək inkişaf səviyyəsinə çatıb. (1493-1564)

***

  14 fevralda ingilis dəniz səyyahı, 3 dəfə dünya səyahəti ekspedisiyasına rəhbərlik etmiş Ceyms Kuk xatırlanır. (О, 1728-ci ildə anadan olub.)

  Ceyms Kuk dünya səyahətinə çıxaraq ilk dəfə qütb dairəsini keçib. Səyyah 1776-1779-cu illərdə Havay adalarını kəşf edərkən yerli sakinlərin hücumuna məriz qalıb və öldürülüb. (1728-1779)

***

   14 fevralda 1918-ci ildə Azərbaycanın görkəmli memarı və alimi Davud Axundov anadan olub.

  Azərbaycan Sənaye İnstitutunun Memarlıq-İnşaat fakültəsini bitirən D.Axundovun 100-dən çox layihəsindən 82-si həyata keçib. Bunlardan Bakı və Krasnovodsk Dəmiryolu Vağzalları, Bakıda və respublikadan kənarda yüzlərlə çoxmərtəbəli binalar ona böyük şöhrət gətirib. 1990-cı ildə Dövlət Mükafatına layiq görülüb.

  “Azərbaycanın qədim və erkən orta əsrlər memarlığı” kitabının müəllifi olan Davud Axundov 2003-cü ildə 83 yaşında dünyasını dəyişib. (1918-2003)

***

  



Әlaqәli Xәbәrlәr