Tarixdə bu gün: 29 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq

1364755
Tarixdə bu gün: 29 fevral

***

  1940-cı ilin 29 fevralında Amerika Kino Akademiyasının təsis etdiyi “Oscar” mükafatının növbəti təqdimatı keçirildi. Həmin tədbirdə məşhur “Küləklə sovrulanlar” filmi 8 nominasiya üzrə mükafata layiq görüldü. Hatii MakDaniel (Hattie McDaniel) “Oscar” mükafatını qazanan ilk qaradərili aktrisa oldu.

***

  1956-cı ilin bu günü Pakistan Müəssislər Məclisi ölkə konstitusiyasını qəbul etdi. Həmin konstitusiyaya görə, Pakistan Federativ İslam Respublikası elan olundu.  

***

  29 fevral 2004-cü ildə Haiti prezidenti Jan Bertran Aristid (Jean Bertrand Aristide) baş verən hadisələrdən sonra vəzifəsindən ayrılıb ölkəni tərk etdi.

***

29 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1882-ci ilin bu günü Azərbaycan musiqiçisi Mansur Mansurov anadan olub.

  Məşhur Azərbaycan tarzəni Sadıqcan məktəbinin davamçısı olan M.Mansurov muğamların mahir ifaçısı kimi tanınıb. O, 20 il (1926-1946) Azərbaycan Konservatoriyasında dərs deyib.

  Mansur Mansurovun tarla improvizələri Paris və İstanbulda böyük maraqla qarşılanıb. (1882-1967)

***

  29 fevral 1908-ci ildə Bakıda Azərbaycanın görkəmli alimi, filologiya elmləri doktoru Hadı Mirzəzadə dünyaya gəlib.

  Azərbaycan Dövlət Universitetinin Şəqrşünaslıq fakültəsini bitirdikdən sonra ali məktəblərdə dərs deyib. İkinci Dünya Müharibəsinin iştirakçısı olub.

  Tədqiqatları əsasən türkologiya və Azərbaycan dilinin qrammatikasına dair olan alimin Kərkük-Mosul türkmənlərinin dili ilə bağlı 1960-cı ildə yazdığı məqalə bütün dünya türkoloqlarının yüksək qiymətini alıb. Həmin məqalədə Hadı Mirzəzadə Kərkük-Mosul türkmənlərinin dil cəhətdən azərbaycanlılarla qohumluğunu ilk dəfə sübut etmişdi. Onun doktorluq dissertasiyası isə Azərbaycan dilinin tarixi morfologiyası mövzusunda olub. (1908-1965)

***

  29 fevral Azərbaycanın görkəmli səhnə xadimi Fatma Qədrinin xatirə günüdür.

  20 yaşında (1927) səhnəyə gələn Fatma Azərbaycan Dram Teatrında ilk dəfə Viktor Hüqonun “Paris Notrdam kilsəsi” əsərində Esmeralda rolunda çıxış edib.

  Fatma Qədri 25-30 yaşlarında (1932-1935) Rus Dram Teatrı, sonra isə (1935-ci ildən) ömrünün sonunadək – 61 yaşınadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. (1907-1968)                                     

***

  Azərbaycanın tanınmış yazıçışı və kinodramaturqu Ənvər Məmmədxanlı 1913-cü ilin bu günü anadan olub.

  Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirən (1938) Ənvərin ilk irihəcmli əsəri Bakı neftçilərinə həsr olunmuş “Burulğan” povestidir. Onun hekayələri Azərbaycan ədəbiyyatında lirik-romantik nəsrin inkişafında mühüm rol oynayıb.

  Ənvər Məmmədxanlının ssenariləri əsasında “Bəxtiyar”, “Leyli və Məcnun” və “Babək” filmləri çəkilib. (1913-1990)



Әlaqәli Xәbәrlәr