Tarixdə bu gün: 6 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1318255
Tarixdə bu gün: 6 dekabr

6 noyabr 1865-ci ildə vətəndaş müharibəsinin başa çatmasından sonra ABŞ Konstitusiyasına köləliyi qadağan edən 13-cü maddə əlavə olundu. Köləlik əleyhinə olan ABŞ prezidenti Abraham Linkoln qanunun qüvvəyə mindiyini görə bilmədi. Həmin il Linkoln 18 apreldə sui-qəsd nəticəsində həyatını itirdi. 

***

6 dekabr 1907-ci ildə ABŞ-ın Monongah şəhərində mədən qazının partlaması nəticəsində 362 şaxtaçı öldü.

***

6 dekabr 1950-ci ildə Çin Koreya müharibəsinə qatıldı. BMT qüvvələrinin nəzarətindəki Pxenyan şəhəri Şimali Koreya ordusu tərəfindən ələ keçirildi.

***

6 dekabr 1959-cu ildə Türkiyə ilk dəfə bir ABŞ prezidentini qonaq etdi. Prezident Ayzınhover rəsmi səfərlə Türkiyəyə gəldi.

***

6 dekabr 1971-ci ildə Hindistanın Pakistandan müstəqilliyini elan edən Banqladeşi rəsmi olaraq tanıması iki ölkə arasında diplomatik və hərbi böhrana səbəb oldu.

***

6 dekabr 1997-ci ildə “Antonov” tipi rus yük təyyarəsi Serbiyanın hava məkanında düşdü; 67 nəfər həyatını itirdi.

***

6 dekabr 2008-ci ildə Afinada 15 yaşındakı gəncin vurularaq öldürülməsi nəticəsində küçələrdə etiraz aksiyaları başladı. Günlərlə davam edən nümayişlərdə yüzlərlə insan yaralandı.

***

6 dekabr 2017-ci ildə ABŞ prezidenti Donlad Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqlarını və səfirliyini Qüdsə köçürəcəklərini açıqladı. İslam ölkələrinin reaksiya göstərdikləri qərardan sonra İstanbulda toplantı keçirən İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıdığını elan etdi.



Әlaqәli Xәbәrlәr