Tarixdə bu gün: 8 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1302221
Tarixdə bu gün: 8 noyabr

8 noyabr 1520-ci ildə Danimarka Kralı 2-ci Kristianın göstərişilə İsveç zadəganlarına qarşı “Stokholm qətliamı” həyata keçirildiş Qətliam nəticəsində Danimarka ilə İsveç arasında müharibə başlandı.

***

8 noyabr 1793-cü ilyə Parisdə dünya şöhrətli Luver muzeyi açıldı. Muzey 13-cü əsrin əvvəllərində bir qala olaraq tikilib.

***

8 noyabr 1923-cü ildə Almaniyanın Bavyera əyalətində Adolf Hitler və tərəfdaşları Əyalət İdarəsində çevriliş həyata keçirməyə cəhd etdi, ancaq uğurlu ola bilmədi. Alman siyasi tarixində “Pivə çevrilişi” kimi yer alacaq təşəbbüs nəticəsində Hitler və yoldaşları yaxalanaraq həbs edildi. Hitler daha sonra nasizmin stolüstü kitabı olan “Mənim mübarizəm” kitabını həbsxanada olduğu zaman yazdı. Hitlerin başçılığında təşkilatlanan nasistlər düz 9 ildən sonra həmin gün keçirilən seçkilərdə 196 millət vəkili qazanaraq Alman Parlamentində birinci partiya oldu.

***

8 noyabr 1988-ci ildə Çinin cənub-qərbindəki Yunnan əyalətində 7,2 bal gücündə zəlzələ baş verdi. Zəlzələ nəticəsində 730 nəfər həyatını itirdi, 400 min evə ziyan dəydi.

***

8 noyabr 1992-ci ildə Almaniyanın paytaxtı Berlində artan irqçi siyasətlərə qarşı ölkə tarixinin ən böyük nümayişlərindən biri keçirildi. 350 minə yaxın adam nümayişdə iştirak etdi.

***

8 noyabr 2000-ci ildə Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü üçün yol xəritəsi xüsusiyyətindəki “İştirakçı sənədi” rəsmi olaraq elan edildi.   

***

8 noyabr 2000-ci ildə ABŞ-da Al Qor və Respublikaçı Corc Vaşinqton arasındakı prezident seçkilərində səslərin bərabərə yaxın olması ölkədə xaosa səbəb oldu. İki namizəd arasında sadəcə 537 səs fərqi olması məsələsi ABŞ Ali Məhkəməsinə təqdim edildi. Məhkəmə 4-ə qarşı 5 səslə Corc Buşu seçkinin qalibi elan etdi.



Әlaqәli Xәbәrlәr