Tarixdə bu gün: 6 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1297991
Tarixdə bu gün: 6 noyabr

 

  Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

***

  6 noyabr 1860-cı ildə Abraham Linkoln (Abraham Lincoln) Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti seçildi.

  A.Linkoln Amerika vətəndaş müharibəsi dövründə köləliyi müdafiə edən cənub əyalətlərinə qarşı zəfər qazanaraq ölkənin birliyini qoruyan lider sayılır.

  ABŞ-da köləlik Abraham Linkolnun dövründə qadağan edilib.

***

  6 noyabr Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramıdır.  

  1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlandı. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” deyildi. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

  Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, həm də birlikdə teleradionun yaranma günü kimi qeyd olunmağa başladı.

  Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradio şirkətlərin sayı artıb. Hazırda Bakıda dövlət və özəl telekanalların sayı 10-a çatıb. Regionlarda 12, Naxçıvanda isə 2 telekanal fəaliyyət göstərir.

***

  1944-cü il noyabrın 6-da ABŞ Hanford Atom Mərkəzində ilk dəfə ortaya plutonam çıxardı. Bu plutonam Yaponiyanın Naqasaki şəhərinə atılan atom bombasının istehsalında istifadə edildi.

***

  6 noyabr Azərbaycan metro inşaatçıları üçün əlamətdar gündür. 1967-ci ilin bu günü Bakı metropoliteninin birinci növbəsinin 6 stansiyası istifadəyə verilib.

***

  Türkiyədə 12 Sentyabr Hərbi Çevrilişindən sonra xalq 1983-cü il 6 noyabr tarixində ilk dəfə seçkilərə getdi.

  12 Sentyabr hökumətinin icazə verdiyi 3 partiyanın yarışdığı parlament seçkiləri böyük bir sürprizlə nəticələndi: Turqut Özalın sədri olduğu Ana Vətən Partiyası Türkiyə Böyük Millət Məclisinə (TBMM) 211 millət vəkili çıxararaq təkbaşına iqtidarı qazandı. Xalqçı Partiya 117, 12 Sentyabr hərbi hökumətinin dəstəklədiyi Turqut Sunalpın sədri olduğu Milliyyətçi Demokratiya Partiyası isə 71 millət vəkili əldə edə bildi.  

***

  6 noyabr 1985-ci ildə Kolumbiyada hökumət əleyhinə olan fəallar paytaxt Boqotadakı Ədliyyə Sarayını basdılar. Təhlükəsizlik qüvvələri və nümayişçilər arasında çıxan qarşıdurmada, 11-i ali hakim olmaqla, 115 nəfər həyatını itirdi.

***

  1988-ci il noyabrın 6-da PKK terrorçuları Türkiyənin Mardin şəhərinin Dargeçit qəsəbəsinin kəndinə hücum etdilər, üçü müəllim olmaqla 4 nəfər şəhid oldu.  

***

6 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Tarixdə möhtəşəm olaraq tanınan Osmanlı imperatoru Qanuni Sultan Süleyman 1494-cü ilin bu günü Trabzonda dünyaya gəlib.

  Sultan Süleyman atası Yavuz Sultan Səlimdən sonra taxta keçən 10-cu Osmanlı padşahıdır və 46 il boyu hakimiyyətdə olub.

  Osmanlı imperatorluğunun sərhədləri Qanuni Sultan Süleymanın dövründə daha da genişlənib. (1494-1566) 

***

  Dünyaşöhrətli rus bəstəkarı Pyotr İliç Çaykovski 1893-cü il 6 noyabrda Sankt-Peterburqda 53 yaşında dünyasını dəyişib. (1840-1893)

***

  Özbəkistanın tanınmış yazıçısı və dövlət xadimi Şərəf Rəşidov 1917-ci ilin bu günü dünyaya gəlib.

  1959-cu ildə Özbəkistan Kommunist Partiyasının birinci katibi seçilib. Yüksək dövlət vəzifələrində çalışmaqla yanaşı, bədii yaradıcılığını da davam etdirən, bir sıra roman, povest və publisistik əsərlərin müəllifi olan Şərəf Rəşidov Yenidənqurma dövründə haqsız hücumlara məruz qalıb, vəzifəsindən kənarlaşdırılıb, bundan bir qədər sonra isə vəfat eidb.  

  Özbəksitan istiqlaliyyətini bəyan etdikdən sonra Daşkənddə Şərəf Rəşidovun abidəsi ucaldılıb, küçələrə və mədəniyyət obyektlərinə onun adı verilib. (1917-1984)

***



Әlaqәli Xәbәrlәr