Tarixdə bu gün: 30 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1296115
Tarixdə bu gün: 30 oktyabr

30 oktyabr 1918-ci ildə İngiltərə, Fransa, Rusiya və İtaliyaya qarşı başlatdığı Birinci Dünya müharibəsində məğlub olan Osmanlı dövlətilə Antanta dövlətlər arasında Mondoros mütarikəsi imzalandı. Bununla da Osmanlı ordusu silahları buraxdı, İstanbul başda olmaqla Osmanlı torpaqlarının və Anadolunun işğalı dövrü başlandı.

***

30 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin ilk hökuməti Cümhurrəis Mustafa Kamal Atatürkün baş nazir olaraq təyin etdiyi İsmət İnönü tərəfindən quruldu. Hökumət Türkiyə Böyük Millət Məclisində etimad səsi aldı.

***

30 oktyabr 1938-ci ildə Orson Velsin radyoya uyğunlaşdırdığı və marslıların dünyanı işğal etdiyini şərh edən “Dünyalar müharibəsi” oyunu ilk yayım günü ABŞ-da ölkə miqyasında panikaya səbəb oldu.

***

30 oktyabr 1961-ci ildə Sovet İttifaqı Arktik okeanında yerləşən Novaya Zemlya adasında 58 meqaton gücündə hidrogen bombası sınaqı keçirdi. Bu, dünyada baş verən və insan əlindən çıxmış ən güclü partlayış kimi qeydiyyatlarda yer aldı. Sovet İttifaqı lideri Nikita Kruşçev sınağın 100 meqaton gücündə planlaşdırıldığını, ancaq radioaktiv səpintidən narahat olduqlarına görə məhdud tutduqlarını açıqladı.

***

30 oktyabr 1961-ci ildə Türklərin Almaniyaya köç etməsini başladan işçi qəbuluna dair saziş Türkiyə ilə Almaniya rəsmiləri arasında imzalandı.

***

30 oktyabr 1979-ci ildə Vyetnamda güclü musson yağışları nəticəsində 293 adam həlak oldu.

***

30 oktyabr 1973-cü ildə Boğaziçi körpüsü (15 iyul şəhidlər körpüsü) dövlət başçısı Fahru Korutürk tərəfindən istifadəyə verildi.

***

30 oktyabr 1983-cü ildə Ərzurum və Qars şəhərlərində baş verən zəlzələdə min 330 insan həlak oldu.

***

30 oktybr 2015-ci ildə Dünya qitələrarası ağır çəkidə boks çempionu olan Sinan Şamil Sam qara ciyər çatışmazlığı səbəbindən mülaci olunduğu xəstəxanada dünyasını dəyişdi.

***

30 oktyabr 2017-ci ildə “Dəmir İpək Yolu”, Bakı-Tbilisi-Qars  dəmir yolu xətti mərasimlə istifadəyə verildi.

Yeni İpək Yolu Mərkəzi dəhlizinin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu “Bir kəmər – bir yol” təşəbbüsünə qoşulmuş ölkələrin infrastrukturunun və texniki imkanlarının inkişafına töhfə verir, nəqliyyat proqramlarının həyata keçirilməsinə şərait yaradır. Yükdaşımaların həcmi artdıqca bu marşrutun səmərəsi də artacaq. Regionda sabitliyə, sülhə və iqtisadi səmərəyə şərait yaradan hər hansı layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı həm ölkənin özünün, həm də bütün regionun iqtisadiyyatının inkişafı üçün çox vacib məsələdir.



Әlaqәli Xәbәrlәr