Tarixdə bu gün: 29 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1296119
Tarixdə bu gün: 29 oktyabr

***

  Bu gün Türkiyənin milli bayramıdır.

  29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisi tarixi bir iclasla Qurtuluş Savaşından sonra yenidən qurulan dövlətin hökumət sistemini respublika olaraq dünyaya elan etdi. Bu gündən dövlət Osmanlı imperiyası deyil, Türkiyə cümhuriyyəti adlanmağa başladı.  

  Respublikanın elanı ilə milli qəhrəman, böyük sərkərdə və TBMM-nin sədri Mustafa Kamal Atatürk Türkiyə cümhuriyyətinin ilk başçısı seçildi.

***

  Lozanna Sülh Müqaviləsinə əsasən Millətlər Cəmiyyəti Şurasına təhvil verilən Mosul haqqında 1924-cü ilin 29 oktyabrında qərar qəbul edildi: Mosulun İraq ərazisində qalması müəyyən olundu.

***

  29 oktyabr 1929-cu ildə dünya ilk dəfə qlobal diametrdə iqtisadi böhranla tanış oldu: Nyu-York birjasındakı bütün səhmlər dəyərini itirdi və birja çökdü.

  Amerika Birləşmiş Ştatlarından başlayan “Böyük iqtisadi böhran” Avropa ölkələrini də sardı.  

***

  1933-cü il 29 oktyabrda – Türkiyə cümhuriyyət quruluşunun 10 yaşında ölkə başçısı Mustafa Kamal Atatürk paytaxt Ankaradan tarixi nitqini bütün dünya ilə paylaşdı.

***

  1973-cü ildə İstanbulda Türkiyənin cümhuriyyət elan olunmasının 50 illik yubileyi günündə ölkənin Avropa və Asiya hissələrini birləşdirən Atatürk körpüsünün təntənəli açılış mərasimi keçirildi.

  1560 metr uzunluğunda olan bu körpü o dövrdə “10 ən böyük körpü” siyahısına daxil oldu. Atatürk körpüsünün eni 33, körfəzin səthindən hündürlüyü isə 64 metrdir. Ən iri okean gəmiləri bu körpünün altından keçə bilir.

  Atatürk körpüsünün müəllifi ingiltərəli mühəndis Uilyam Braundur.

***

  Türkiyə Silahlı Qüvvələri PKK terrorçularının keçid xətti üstündə olan Türkiyə-İraq sərhədindəki Sinhat boğazının idarəsini 1992-ci il oktyabrın 29-da ələ keçirdi. Əməliyyatda 90 PKK-lı zərərsizləşdirildi.  

***

  SSRİ-dən ayrılıb müstəqilliklərini elan etmiş Qazaxıstan və Türkmənistan ilk səfirliklərini 1992-ci ilin 29 oktyabrında Türkiyədə Ankarada açdılar.

***

  1993-cü il oktyabrın 29-da Zəngilan Rusiyanın köməyilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.
  1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu.

***

  29 oktyabr 1998-ci ildə Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan Xəzər və Orta Asiya neftlərinin qərb bazarlarına Bakı-Tiflis-Ceyhan Neft Boru Xəttiylə çatdırılmasına dair Ankara Bəyannaməsini imzaladılar.

***

  2013-cü ilin 29 oktyabrında İstanbulda Marmaray dəmiryolu xətti açıldı və ilk səfər Üsküdardan Yenikapıya edildi.

  Marmaray Çinlə İngiltərə arasında kəsilməz dəmiryolu xəttini tamamlamış oldu.

***

  29 oktyabr 2018-ci ildə Yeni İstanbul Havalimanının açılışı oldu. Yeni havalımanı 6 müstəqil təyyarə meydanından ibarətdir. 500 təyyarə və ildə 200 milyon sərnişin həcminə malik bütün sahələri tamamlandıqdan sonra bu hava limanı dünyanın ən böyük havalimanı sayılacaq.

***

29 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur dəniz səyyahı, admiral Xristofor Kolumb 1451-ci ilin bu günü anadan olub.

  1492-1496-cı illərdə Hindistana ən qısa dəniz yolunu axtarmaq məqsədilə İspaniya ekspedisiyasına rəhbərlik edib.

  Xristofor Kolumbun başçılığı ilə 1493-1496, 1498-1500, 1502-1504-cü illər ekspedisiyalarında Böyük Antil, Kiçik Antil adalarının bir hissəsi, həm də Cənubi və Mərkəzi Amerika sahilləri kəşf olunub. (1451-1506)

***

  Ukraynada kəndli hərəkatının rəhbərlərindən Nestor Maxno 29 oktyabr 1889-cu ildə dünyaya gəlib. Onun başçılıq etdiyi hərəkatın 35 minədək iştirakçısı olub.

  “Hakimiyyətsiz dövlət” şüarı altında çıxış edən Maxno və tərəfdarları almanlara, ağqvardiyaçılara, sonra isə sovet hökumətinə qarşı silahlı mübarizə aparırdılar. Sovet ordusu bu hərəkatı darmadağın etdikdən sonra Nestor Maxno 1921-ci ildə ölkədən mühacirət etdi. (1889-1934)

***

  29 oktyabr məşhur rus yazıçısı Nikolay Çernışevskinin xatirə günüdür.

  Gəncliyində bir çox inqilabi təşkilatlarda fəaliyyət göstərən N.Çernışevski “İnsan biliyinin xarakteri” fəlsəfi taraktatının, “Nə etməli” romanının müəllifidir.

  Nikolay Çernışevski 1889-cu ilin bu günü 61 yaşında dünyasını dəyişib. (1828-1889)

***

  



Әlaqәli Xәbәrlәr